Azərbaycanın mədəniyyət və
turizm naziri «Avropa-Asiya» Beynəlxalq Humanitar Akademiyasının xüsusi
diplomu ilə mükafatlandırılmışdır
İyunun
13-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevə mənzil-qərargahı
Kazanda yerləşən "Avropa-Asiya" Beynəlxalq Humanitar
Akademiyasının "Fəxri akademiki" xüsusi
diplomunun və lentinin təqdim
edilməsi mərasimi
keçirilmişdir.
Mükafat
UNESCO-nun Sülh Mədəniyyəti İnstitutu tərəfindən
verilmişdir.
Bu
mükafata və fəaliyyətinin yüksək qiymətləndirilməsinə
görə təşəkkürünü bildirən nazir
demişdir ki, bu mükafat Azərbaycan-Rusiya humanitar əməkdaşlığının
möhkəmlənməsi işinə əhəmiyyətli
töhfə olacaqdır.
Ə.Qarayev
vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin
və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
dəstəyi ilə Azərbaycanda mədəniyyət sahəsi
uğurla inkişaf edir. Nazir demişdir: "Son illər
ölkəmizdə çoxsaylı
beynəlxalq mədəniyyət tədbirləri
keçirilmişdir. Bu sahədə Rusiya-Azərbaycan əlaqələri
ən yüksək səviyyədədir".
Rusiya
regionları ilə əməkdaşlığa böyük
maraq olduğunu vurğulayan Ə.Qarayev demişdir: "Kazan
ruhən bizə çox yaxındır. Kulturoloqlarımız
Tatarıstanın elmi institutları ilə sıx əməkdaşlıq
edirlər. Bərpa işləri sahəsində böyük təcrübə,
maddi irsə qayğıkeş münasibət bizi cəlb
edir. Kazan Kremlinə heyran qalmışam. Kazana İslam
incəsənəti sərgisinə
getmişdim. Bakıda da belə bir sərgi keçirmək təklif
edilmişdir".
Səmimi
qəbula görə minnətdarlığını bildirən
UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun direktoru
Engel Tahirov Azərbaycan xalqının
mehribanlığını xüsusi
vurğulamışdır. E.Tahirov naziri Kazana dəvət edərək vurğulamışdır ki,
qardaş Azərbaycan xalqı qədim
mədəni ənənələr əsasında inkişaf
edir. Azərbaycan xalqının cazibəsi onun mənəvi
inkişafının yüksək səviyyədə
olmasındadır. E.Tahirovun
sözlərinə görə, Azərbaycanda mədəniyyətin
inkişafına xüsusi diqqət yetirilməsi
üçüncü minillikdə ölkənin
inkişafının qüsursuz
yol xəritəsidir. Qonaq demişdir ki, Azərbaycan
xalqının yüksək mənəviyyatı,
tolerantlığı onun zəngin mənəvi dəyərlərini
əks etdirir.
AzərTAc
Azərbaycan.-2013.- 14 iyun.- S.4.